Gündəm

Əfv sərəncamının icrasına başlandı

Əfv sərəncamının icrasına başlandı

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var (APA).

Qeyd edək ki, virtualaz.org saytının əməkdaşları hazırda cəzaçəkmə müəssisələrində əvf sərəncamının icrası prosesini müşahidə edirlər. Onların geniş reportajı olacaq. Saytımızı izləyin.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button