Gündəm

Cavid Qurbanov bankları ittiham etdi: \”Əhalinin başına oyun açırlar”

Cavid Qurbanov bankları ittiham etdi: "Əhalinin başına oyun açırlar”

“Azəryolservis” ASC-nin rəhbəri, deputat Cavid Qurbanov bankları ittiham edib.

“Azadlıq” qəzeti xəbər verir ki, o, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Vergilər Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən banklar sadəcə soyğunçuluqla məşğuldurlar: “Banklar əhalinin başına olmazın oyun açırlar. Məcəlləyə dəyişikliyə gəldikdə, deyə bilərəm ki, bu, prezident tərəfindən təqdim olunub və ölkə başçısı hər zaman xalqın, xüsusən də sadə vətəndaşların qeydinə qalıb və bu siyasəti yürüdüb. Sadəcə onun tapşırıqları bəzən məmurlar tərəfindən düzgün olmayan tərəfə yönəldilir”.

Qəzt yazır ki, Cavid Qurbanovun özünün də bankı var. “Dəmirbank”ın məhz “Azəryolservis” şefinə məxsus olduğu bildirilir. Bu bankın da kredit faizləri digərlərindən fərqlənmir. Yəni, elə Cavid Qurbanovun bankı da soyğunçuluqla məşğul olur.

Onu da qeyd edək ki, bundan əvvəl YAP-çı deputat Siyavuş Novruzov da kreditlərin yaratdığı problemlərdən danışarkən bankları ittiham etmişdi. “Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotika alveri ilə məşğul olmalıdır. İpoteka krediti ilə bağlı da problemlər mövcuddur”,- deyə Siyavuş Novruzov vurğulamışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button