Gündəm

İlham Əliyev Oqtay Əsədova \”Şərəf\” ordeni verdi

İlham Əliyev  Oqtay Əsədova "Şərəf" ordeni verdi
Bu gün Azərbaycan Milli Məclisinin 2014-cü ildə son plenar iclası başlayıb. ANS PRESS-in parlamentdə olan əməkdaşının verdiyi məlumata görə, spiker Oqtay Əsədov gündəliyə 21 məsələnin daxil olduğunu deyib.

Bundan sonra Milli Məclisin deputatları spiker Oqtay Əsədovu yubileyi münasibəti ilə təbrik ediblər. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deputatlar və öz adından Oqtay Əsədova təbriklərini çatdırıb.

O.Əsədov isə bu təbrikə görə, hər birinə təşəkkürünü bildirib. O qeyd edib ki, biraz əvvəl prezident İlham Əliyevin qəbulunda olub və “Şərəf” ordeni ona təqdim edilib:

“Mən prezidentin qəbulunda olanda İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə millət vəkillərini təbrik etdi”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button