Əsgər gedənlərin nəzərinə: SMS xidməti işə başladı
Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini sayt və SMS vasitəsilə öyrənə biləcəklər.
Virtualaz.org saytı xəbər verir ki, 2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar dekabrın 30-dan xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytı üzərindən və SMS vasitəsilə öyrənə biləcəklər.
Vətəndaşlar www.seferberlik.gov.az ünvanında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür. Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.