Gündəm

İŞİD Kərbəlaya doğru: şiələri gözləyən ölüm təhlükəsi

İŞİD Kərbəlaya doğru: şiələri gözləyən ölüm təhlükəsiBritaniyanın “The İndependent” qəzeti şiələri gözləyən ölüm təhlükəsi haqda yazıb.

Qəzet yazır ki, bu günlərdə dünyanın ən təhlükəli ziyarəti gedir. Şiə müsəlmanlar “İslam Dövləti” (İŞİD) yaraqlılarının nəzarətində olan ərazilərin yanından keçməklə İraqın Kərbəla şəhərinə gedirlər. Bağdadın 70 km-liyində olan Kərbəlada dekabrın 12-si müqəddəs gündür. İmam Hüseynin builki təqvimlə ölüm gününün 40-dır…

680-ci ildə öldürülən İmam Hüseynin türbəsi Kərbəlada yerləşir. Bura 2013-cü ildə 40 ölkədən 20 milyon zəvvar gəlib. Bu, dünyada ən yüksək illik göstəricidir. Hindlilərin Kumbh Melaya ziyarəti dünyada ən çox adam gələn ziyarətdir, ancaq bu ziyarət 3 ildən bir olur.

Məkkə ziyarətinə ildə 2 milyon adam gedir. Kərbəla ziyarətləri isə indi çox təhlükəlidir. Keçənilki Kərbəla ziyarətində onlarla adam öldü. Sünni yaraqlılar onlara raket atırdı, maşınlara bomba qoyurdu.

Məlum olduğu kimi, İŞİD yaraqlılarının əsas hədəflərindən biri şiələrdir. Kərbəlaya gedən yollar çox təhlükəlidir. Zəvvarlar Bəsrədən Kərbəlaya 450 km-lik yolu piyada iki həftəyə gedir. Burada həddən çox adam var və hücum üçün çox əlverişlidir (“Azadlıq” radiosunun xülasəsi əsasında).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button