Gündəm

\”Quska\”nı Türkiyədə Daxili İşlər Nazirliyi tutub

"Quska"nı Türkiyədə Daxili İşlər Nazirliyi tutub
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, \”Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu məlumat yayılandan sonra, özəl mənbələrdən musavat.com belə bir dəqiqləşdirilməmiş məlumat aldı ki, H. Abdullayevin saxlanaraq, Bakıya gətirilməsi əməliyyatını Azərbaycan DİN həyata keçirdib.

Arestantın saxlanma yeri və şəraiti, istintaq hərəkətləri barədə məlumat ala bilmədik.

***

Musavat.com-un digər məlumatına görə, Hüseyn Abdullayev istirahət və biznes məqsədləri üçün tez-tez Türkiyə Respublikasında olurdu. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Ağ dəniz sahillərində keçirdirdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button