Gündəm

Nazir şagirdə görə müəllimi işdən qovdu

Nazir şagirdə görə müəllimi işdən qovdu
Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.
“Report”un xəbərinə görə, bu barədə uşağın valideyni Xanım Əliyeva öz “Facebook” səhifəsində məlumat yayıb.
X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.
Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva “Facebook”da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button