Gündəm

Prezidentin mətbuat xidməti Mingəçevir İES-dəki qəza barədə məlumat yaydı

Prezidentin mətbuat xidməti Mingəçevir İES-dəki qəza barədə məlumat yaydı
Prezidentin mətbuat xidməti Mingəçevir İES-də baş vermiş qəza və nəticədə ölkənin bir çox yerlərində elektrik enerjisi təchizatının kəsilməsi ilə bağlı bu dəqiqələrdə məlumat yayıb. Məlumatda deyilir:

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir. (Azərtac)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button