Gündəm

Prezident İlham Əliyev Fransua Ollanda başsağlığı verib

Prezident İlham Əliyev Fransua Ollanda başsağlığı veribAzərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Parisdə terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button