Gündəm

Türkiyə Roma Papasının istəyini rədd etdi

Türkiyə Roma Papasının istəyini rədd etdiTürkiyəyə səfər edəcək olan Roma Papası Fransuvanın səfər müddətində istifadə üçün tələb etdiyi “Fiat Albea” avtomobili ona verillməyəcək. Papanın tələbi təhlükəsizlik səbəbi ilə rədd edilib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Papanın səfəri öncəsi maraqlı bir sorğu tapılıb, ancaq tələb təhlükəsizlik səbəbi ilə qəbul edilməyib. Papa 28-30 noyabrda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Papanın ziyarətindəki ilk ünvan Ankara olacaq. Xatirə memorialını ziyarət edəcək Papa, Prezident Sarayının da ilk qonağı olacaq. İkinci günündə isə İstanbula gedəcək Papa 7 min polis tərəfindən qorunacaq. Ayasofyanı və Sultanahmet məscidini də gəzəcək.

Papa Fransuva 5 ulduzlu otel əvəzinə Vatikan Nümayəndəliyinin Şişlidə olan iqamətgahında qalacaq. O, xalqı salamlamaq üçün istifadə üstü açıq avtovobili Türkiyəyə gətirməyəcək. Ziyarət müddətində istifadə avtomobilinin zirehli deyil, “Fiat Albea” olmasını istəyən Papanın bu istəyi təhlükəsizlik səbəbi ilə qəbul edilməyib. Dövlət naziri statusunda qəbul edilən Papaya zirehli olmayan, ancaq lüks sinif avtomobil veriləcək.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button