Gündəm

Bakıda yeraltı ticarətə qadağa: söküntü başladı

Bakıda yeraltı ticarətə qadağa: söküntü başladıBakıda keçiriləcək Avropa Olimpiya oyunlarına görə, paytaxtın yeraltı keçidlərində fəaliyyət göstərən köşklər sökülür.

Ancaq bəzi hökumətyönlü media söküntünün səbəbini sakinlərin buradan rahat istifadə edə bilməməsi ilə əsaslandırır.

Arqument.az-a məlumat verən satıcılar bunun şayiə olduğunu, söküntünün yayda keçiriləcək olimpiya oyunları ilə bağlı olduğunu deyirlər.

Belə ki, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ticarət köşkləri Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin gəlişindən sonra sökülüb.

“Bizə dedilər ki, olimpiya oyunlarına görə belədir. Bunları havayı verməyiblər, pul ödəyərək köşk tikmişik”, – deyə ticarətçilər bildiriblər.

Füzuli meydanının qarşısında yerləşən yeraltı keçiddəki ticarət köşkləri sökülən sahibkarlar da Arqument.az-a bildiriblər ki, bütün bu oyunlar olimpiya oyunlarına görədir: \”4 giriş-çıxışı olan piyada keçidinin bir hissəsindəki alış-veriş məntəqələri sökülür. Rəflər dağıdılır, mallar isə sahibləri ilə birlikdə keçiddən çıxarılır\”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button