Gündəm
Türkiyə məhkəməsi azərbaycanlı qadını axtarır
Türkiyənin Sivas Ailə Məhkəməsi azərbaycanlı qadını axtarır.
Lent.az-ın məlumatına görə, Ali Bayır adlı şəxs məhkəməyə müraciət edərək Azərbaycan vətəndaşı olan həyat yoldaşı Validə Hüseynovadan boşanmaq istədiyini deyib. 2 həftə keçməsinə baxmayaraq, qadın məhkəməyə gəlməyib. Qadının yerini müəyyən etmək də mümkün olmayıb. Məhkəmə V. Hüseynovanın tezliklə məhkəməyə gəlməsini tələb edir. Əks halda ona qarşı qaldırılan iddialarda əri A. Bayır haqlı sayılacaq.