Gündəm
Bələdiyyə seçkilərində 41 min 462 namizəd mübarizə aparacaq
Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41462 nəfərin adı daxil edilib.
Savash.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb: “Bu, böyük göstəricidir”.