Gündəm

Ukrayna KİV: Azərbaycan müharibəyə hazırlaşır

Ukrayna KİV: Azərbaycan müharibəyə hazırlaşır
Trust.ua: “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil”

Ölkədə büdcənin təsdiqindən sonra Azərbaycan tərəfinin orduya xərclənən pullarını əsas götürən Ukraynanın trust.ua portalı bunu müharibəyə hazırlıq kimi qiymətləndirir.

ANS PRESS-in məlumatına görə, məqalədə qeyd edilir ki, İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusuna gələn il 5 milyard dollar xərclənəcək. 2015-ci ildə ölkənin hərbi xərcləri 3783 milyon manat olacağı gözlənilir. Bu 2014-cü ilin göstəriciləri ilə müqayisədə 27,2 faiz çoxdur. Əldə olunan rəqəm maliyyə naziri Samir Şərifovun dediyinə görə elə 5 milyard səviyyəsindədir ki, bu da növbəti rekord göstəricidir. Üstəlik bu məbləğ Ermənistanın ümumi büdcəsindən 2 milyard dollar çox olacaq.

Nəşr qeyd edir ki, Azərbaycan regionda hərbi idxalı 150 faizdən yuxarı çoxaldan yeganə ölkədir. 85 faiz silahını isə Azərbaycan Rusiyadan alır, təkcə 2013-cü il üçün Azərbaycan Rusiyadan 3,5 milyard dollarlıq silah alıb.

2013-cü ildən etibarən Rusiya ilə quru qoşunları hərbi texnikası üzrə müqavilələr silsiləsi isə təəccübləndirməyə bilmir. Buraya 94 ədəd T-90C tankları, 100 ədəd Pyadalar üçün hərbi vasitələr BMP-3, 18 ədəd özüyeriyən “Msta-C” artileriya qurğuları, 18 “Smerç” reaktiv atəş sistemləri, 18 ədəd özüyeriyən “Vena” artileriya qurğuları o cümlədən 6 ədəd “Buratino” yeni modifikasiya sistemli TOS-1A “Solnsepek” ağır odsaçan artileriya sistem alayı daxildir.

Nəşrin qeyd etdiyinə görə, 2015-ci il üçün Azərbaycan Ermənistanın hərbi xərclərindən 10 dəfə çox orduya pul ayıraraq səbr kasasının dolduğu mesajını verməyə çalışır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button