İnternetin axırı çatdı
\”Google\” şirkətinin rəhbəri internetin sonu ilə bağlı danışıb.
ANS PRESS-in məlumatına görə, \”Google\” şirkətinin direktorlar şurasının sədri və baş icraçı direktor Erik Şmidt bu barədə İsveçrədə Davos Ümumdünya İqtisadi Forumunda müzakirələr zamanı bildirib. O qeyd edib ki, bir vaxt gələcək və internet yox olacaq:
\”Mən çox sadə cavab verəcəyəm – internet yox olacaq. Üzərinizdə qarşılıqlı əlaqədə olduğunuz çoxlu qurğular, tənzimçilər, həmçinin IP-ünvanlar olacaq və siz bunları hiss etməyəcəksiniz. Bu sizin daimi bir parçanız olacaq. Siz belə bir çox güclü texniki platformanın yaranmasını müşahidə edirsiniz\”.
Erik Şmidtin fikrincə, indidən belə proqramların infrastrukturunun necə görünəcəyini tam dəqiq proqnoz vermək mümkün deyil:
\”Çünki hazırda smartfonların gücünü artıran yeni oyunçular qrupu bazarda irəliləyir. Bunlar isə faktiki olaraq superkompüterlərdən başqası deyil\”, – deyə \”Google\” şirkətinin rəhbəri deyib.