Gündəm

Türkiyədə Quran yandırıldı (FOTO)

Türkiyədə Quran yandırıldı (FOTO)
Türkiyənin Manisa vilayətində 2 nəfəri qadın olan 3 iranlı müqəddəs Qurani Kərim kitabını yandırıb sonra da tapdalamağa cəhd ediblər.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Yunusemre məhəlləsindəki “Hacı Yəhya” məscidinin qarşısında, möminlər cümə namazından çıxarkən baş verib.

Bildirilir ki, camaat məsciddən çıxarkən aksiçılardan kişi olan əlindəki Quranın üstünə odekolon töküb yandırıb. Hadisəni görən möminlər isə Quranı iranlının əlindən alaraq söndürüblər. gördükləri qarşısında şoka düşən möminlər isə iranlı aksiyaçıları döyməyə cəhd edilər. hadisə yerində olan polislər isə alsiyaçıları izdihamın əlindən alaraq hadisə yerindən uzaqlaşdırıblar.

Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub və saxlanılan iranlılar əvvəl Manisa dövlət xəstəxanasına aparılaraq tibbi müayinədən keçiriliblər. daha sonra həmin şəxslər ifadələri alınmaq üçün Manisa polis idarəsi terrorla mübarizə şöbəsinə cəlb olunublar.

Şəxslərin adlarını məxfi saxlayan polis rəsmiləri baş verənlərin mütəşəkkil iş olmadığını açıqlayıb. Polis həmçinin aksiyaçıların 2 bacı 1 qardaş olduqlarını, ölkədə dini təzyiq var deyərək 2 ay əvvəl BMT-nin nəzarətində İrandan Türkiyəyə keçdiklərini, qərb ölkələrinə gedə bilmək üçün belə bir aksiya keçirdiklərini açıqlayıb. Şəxslərin hansı dindən olduqları açıqlanmayıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button