Gündəm

Elzanın oğlu anasının CİP-ni qumarda uduzub? – Müğənni danışdı

Elzanın oğlu anasının CİP-ni qumarda uduzub? - Müğənni danışdıMətbuatda əməkdar artist Elza Seyidcahanın \”Jeep\” markalı avtomobilinin oğlu Ələkbər Qasımov tərəfindən qumarda uduzması xəbəri yayılıb. E.Seyidcahan Lent.az-a açıqlama verərək bildirib ki, oğlu qumar oynayan deyil:

“Bir neçə müddətdir ki, oğlum barəsində yayılan şayiə məni çox narahat edir. Yazıblar ki, oğlum qumarda mənim maşınımı uduzub. Belə də haqsızlıq olar? Övladım abırlı, həyalıdır. Mənim oğlum qumar oynayan deyil. Yaxşı ki, bu şayiə oğlum ailə qurandan sonra oldu. Onun təzə qohumları da gördü ki, belə bir şey yoxdur. Bu sözləri yazanlar Allahın məhkəməsində cavab verəcəklər. Bu mövzu şişəcəksə, bütün arxiv araşdırılacaq, günahkarlar cavabını alacaq. Yəni bu şəri oğluma atanlar qanun qarşısında cavab verəcəklər. Hamı bilir ki, mənim övladlarımda belə bir şey ola bilməz. Onlar mənim tərbiyəmi görüblər, başqa cür ola da bilməzlər”.

Qeyd edək ki, E.Seyidcahanın \”10 LZ 799” dövlət seriyalı avtomobilinin qiyməti 70 minə yaxındır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button