Gündəm

ÇİN RƏSMİSİ ŞAD XƏBƏRİ DÜNYAYA CAR ÇƏKDİ: “Koronavirusun çarəsini tapdıq…”

Çinin Rusiyadakı səfiri Çjan Xanxuey ölkəsinin koronavirusa tezliklə qalib gələcəyinə və Çinin əksər regionlarında normal həyatın fevralın sonunadək bərpa olunacağına əmindir.

“SAVAŞ” xəbər verir ki, səfirin sözlərinə görə, epidemiyanın mərkəzi olan Uhanda isə insanlar normal həyata mart ayında qayıda biləcəklər. O, jurnalistlərə müsahibəsində bildirib ki, Çində orqanizmdə əvvəlcədən immunitet formalaşdıran peyvənd üzərində iş başa çatır. Peyvəndin ilkin sınaqları yaxşı nəticələr verib.

Diplomatın sözlərinə görə, Çin təbabəti koronavirusun müalicəsinə 85 faiz nail ola bilib. Hazırda Çində hər gün 2 min xəstə sağalaraq adi həyata qayıdır. Ötən dövr ərzində Çində koronavirusdan 2595 adam ölüb, 24 min 539 xəstə isə sağalıb. /BakuPost.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button