Gündəm

Deputat: “Arvadından küsən \”Koroğlu\” körpüsünə çıxır”

Deputat: “Arvadından küsən "Koroğlu" körpüsünə çıxır”Millət vəkili Etibar Hüseynov “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpüdə tez-tez baş verən intihar cəhdlərinə reaksiya verib.

Virtualaz.org bildirir ki, deputat facebook səhifəsindəki statusunda yazıb: “Bu nə biabırçılıqdı anlamıram. Arvadından küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib Bakıda Koroğlu körpüsünə çıxır. Saatlarla davam edən tıxac paytaxtın bütün hərəkət ritmini pozur. İnsanlar belələrinə görə nə qədər əsəb və problem yaşayır.

Bütün bunların fonunda bu intihar təlxəkləri heç bir cəza almır. Bu cəzasızlıq isə həmin təlxəkləri daha da ruhlandırır. Mən anlamıram nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun. Amma ehtiyac yoxdu və vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqlarını tikanlı məftillərlə təxminən 1 metr məsafədə sarımaqdır. Vəssalam. Bunu da mən deməliydim?”

Xatırladaq ki, dünən axşam saatlarında 45 yaşlı Nizami Musayev işdən çıxarıldığı üçün həmin körpüyə çıxıb intihar etmək istədiyini deyirdi. FHN əməkdaşlarının danışıqları nəticəsinə N.Musayev fikrindən daşınıb. Bu müddət ərzində hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Onu da xatırladaq ki. bu, həmin körpüdə intihara ilk cəhd deyildi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button