Gündəm

Fəzail İbrahimli parlamentin sədr müavini SEÇİLDİ

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası işini davam etdirir.

Milli Məclis Sədrinin müavini vəzifəsinə Vətəndaş Həmrəyliyi Partiyasını parlamentdə təmsil edən deputat Fəzail İbrahimli  seçilib.

Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Müəllifi olduğu bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi məqalə var.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

2000, 2005, 2010, 2015-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib. O, Regional məsələlər və Mədəniyyət komitələrinin üzvü olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button