Gündəm

Bakıda müəlliməni döydüyü deyilən müəllim danışdı – VİDEO

Bakıda müəlliməni döydüyü deyilən müəllim danışdı – VİDEOQayınana böhtan üsuluna əl atıb.

Hadisə 154 saylı orta məktəbin tarix müəllimi Yaşar Quliyevlə Arifə Yusifova arasında baş verib. Zərərçəkən Arifə Yusifovanın üzərində zorakılıq əlamətləri olan fotoşəkilləri də yayılıb.

Savash.org xəbər verir ki, məsələ ilə bağlı Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbin direktoru Əli Əliyev ANS TV-yə açıqlama verib.

Onun sözlərinə görə, hadisə məktəbdə baş verməyib.

Döyüldüyü iddia olunan 69 yaşlı Arifə Yusifova isə bu məktəbdə deyil, 109 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib. O, yaş məhdudiyyətinə görə 2011-ci ildən təqaüdə çıxıb. Ancaq onun Yaşar müəllim tərəfindən döyülməsi məsələsi aralarında olan ailə münaqişəsi zəminində baş verib.

154 saylı orta məktəbin direktoru Əli Əliyevin sözlərinə görə, Yaşar müəllim bu günə kimi bir uşağa əl qaldırmayıb, qeyri-etik davranış nümayiş etdirməyib.

Yaşlı müəllimi döyən müəllim isə hadisənin məktəblə heç bir əlaqəsi olmadığını və işin hazırda məhkəmədə olduğunu deyib.

Yaşar Quliyevin dediyinə görə, döyülmə tamamilə absurddur. Yəni Yaşar müəllimin dili ilə desək o, xanım müəllimin heç üzünü də görməyib. O, “Nə üçün bu hadisədə məhz Yaşar Quliyevin adı hallanır?” sualına cavabında dedi ki, Arifə Yusifova onun qardaşı Əziz Quliyevin qayınanası olub.

Yəni, 69 yaşlı təqaüdçü müəllimənin qızı Esmira Yusifova Yaşar Quliyevin qardaşı Əziz Quliyevin həyat yoldaşı olub.

Qayınana ilə ailənin mübahisəsi mülk üstündə düşüb. Buna görə cütlük boşanıb. Bundan sonra qayınana böhtan üsuluna əl atıb. Tarix müəlliminin dediklərinə inansaq bu hadisə 4 ay bundan əvvəl baş verib.

Hadisənin dəqiq səbəbləri isə məhkəmənin qərarından sonra məlum olacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button