Gündəm

İŞİD Facebook-a hücumu öz üzərinə götürdü

İŞİD Facebook-a hücumu öz üzərinə götürdüİŞİD hakerləri Facebook və İnstagram-da yaranan problemə görə məsuliyyəti öz üzərinə götürüb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələr baş verənlərə aydınlıq gətirməsə də, \”CyberCaliphate\” adlanan haker qrupu dünyanın ən məşhur sosial şəbəkələrinin işini pozduğunu bəyan edib.

\”CyberCaliphate\” haker qrupu bundan əvvəl Twitter-in CENTCOM mikrobloquna haker hücumu etmişdi.

Xatırladaq ki, bu gün – 27 yanvarda təxminən bir saat ərzində Facebook və İnstagram istifadəçiləri səhifələrinə daxil ola bilməyiblər.

Facebook, eləcə də mobil versiyanı saat 10.24-dan etibarən yeniləmək mümkün olmayıb.

Eyni hal 2014-cü ilin avqustunda baş vermişdi. O zaman bütün dünyanın Facebook istifadəçiləri, eləcə də Azərbaycan, sosial şəbəkənin saytına girməkdə çətinlik çəkmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button