Gündəm

Naxçıvanda yas yerləri nəzarətə götürülür – XÜSUSİ KOMİSSİYA

Naxçıvanda yas yerləri nəzarətə götürülür - XÜSUSİ KOMİSSİYA«Naxçıvanda dini durum sabitdir. Burada din xadimlərinə böyük hörmət var. Qanunvericiliyə zidd fəaliyyət olarsa, qarşısı qətiyyətlə alınacaq. Naxçıvanda dini zəmində qarşıdurma olmayıb və bundan sonra olmayacaq».

Bunu Naxçıvanın Dini Qurumlarla İş üzrə İdarəsinin (DQİİ) rəisi Vüqar Babayev «Şərq qapısı» qəzetinə bildirib.

Onun dediyinə görə, muxtar respublikada dini məsələləri tənzimləmək üçün komissiya yaradılıb:

«Bu komissiyaya Ali Məclis sədrinin, daxili işlər, təhsil nazirlərinin müavinləri, DQİİ sədri nə muxtar respublikanın qazisi daxildir. Komissiya ildə bir dəfə Ali Məclisə hesabat verəcək. Bu komissiya yas mərasimlərinin dini qaydada keçirilməsinə nəzarət edəcək. Komissiya, həmçinin, din xadimlərinin yas yerlərində radikalizm meyllərindən uzaq durmalarına nəzarət edəcək, radikal dini təriqətlərin formalaşmasına imkan verilməməsi sahəsində birgə fəaliyyət göstərəcək».

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button