Gündəm

Bakıda sahibsiz itlər sakinlərə hücum edir (VİDEO)

Bakıda sahibsiz itlər sakinlərə hücum edir (VİDEO)
Bakının Xətai rayonu, Səməd Mehmandarov küçəsi, 96 və 98 saylı bina sakinləri sahibsiz ev heyvanlarından şikayət edir. Deyirlər ki, gecə oldu itlər burda sürü halında gəzir. Binaya gediş-gəliş məhdudlaşır. Çünki burdakı itlər insanlara hücum etməkdən çəkinmir.

Hətta sakinlərin dediklərinə görə, qonşuluqda yaşayan bir xanım da sahibsiz heyvanların şikarına çevrilib. Əlacsız qalan sakinlər itlərdən qorunmaq üçün müxtəlif yemlərdən və xüsusi ağaclardan belə istifadə edir. Sakinlərin dediyinə görə, itlər günün istənilən saatında burda olur.

ANS əməkdaşı sakinlərlə bərabər bu heyvanların harda saxlandığını axtarıb. Sahibsiz heyvanların bəziləri binanın zirzəmisində, bəzilərini isə bağ sahələrində aşkarlanıb.

Problemlə bağlı rayon mənzil komunnal təsərüffat birliyindən bilidirldi ki, məsələdən xəbardardılar. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz ev heyvanları ilə mübarizə komitəsinə də müraciət edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button