Jurnalist hüquq müdafiəçilərinə: \”Aslan Aslanov pulla ağzınızı yumdu?\”
Tanınmış jurnalist Laçın Səmla facebook səhifəsində hüquq müdfiəşilərinə çağırış edib. Savash.org onun yazdıqlarını olduğu kimi təqdim edir:
\”Diqqət, hüquq müdafiəçilərinin nəzərinə! On gündür media və sosial şəbəkələr Lamiyə Quliyeva və Vüqar Əliyevin həbsindən, onlara edilən işgəncələrdən yazır, hamı da reaksiya bildirir. Bu məsələdə Elçin Behbudovdan başqa aralarında qadın olmaqla heç bir hüquq müdafiəçisi səsini ucaltmır. Niyə? Sizindəmi Aslan Aslanov pulla ağzınızı yumdu? Siyasi məhbus dediyiniz bəziləri üçün necə də əldən ayaqdan gedirdiniz? Bu iki insan gənc yaşlarından həbsə atılıb, cəzalarını da çəkiblər. İndi hünər vaxtıdır, hünəriniz çatırsa ölkə başçısına müraciət edib onların əvf olunmasını xahiş edin və qoy günahkarlar cəzalandırılsın.\”