Gündəm

Ali Məhkəmə də İlham Mirzəyevə \”yox\” dedi

Ali Məhkəmə də İlham Mirzəyevə "yox" dedi

Ali Məhkəmədə həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin birinci instansiya məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, proses hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilib. Prosesdə qərar elan edilib. Qərara görə, İlham Mirzəyevin vəkili Xanlar Bayramzadənin verdiyi kasasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, İlham Mirzəyevin vəkili Ali Məhkəməyə göndərdikləri şikayətində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyib.

Teleaparıcının vəkilləri bundan əvvəl keçirilən prosesdə də şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin onların həmin vəsatələri də təmin edilməyib.

Onu da qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button