Gündəm

Zakir Qaralov iki idarəyə yeni rəis təyin etdi

Zakir Qaralov iki idarəyə yeni rəis təyin etdi

Azərbaycanın Baş Prokurorluğunda kadr təyinatları aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Nazim Rəcəbov Baş Prokurorluğun Kadrlar İdarəsinin, Erkin Əlixanov isə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

N.Rəcəbov bundan əvvəl Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, daha əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, E.Əlixanov isə Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıblar.

Qeyd edək ki, Baş Prokurorluğun Kadrlar İdarəsinin keçmiş rəisi Bəhruz Mahmudov, Beynəlxalq Əlaqələr İdarəsinin keçmiş rəisi Ruslan Hacıyev qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndəriliblər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button