Gündəm

“Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir…”

YAP-ın icra katibinin müavini,  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov korrupsioner məmurların həbsi prosesinin davam edəcəyini istisna etmir. Bu haqda o, yerli saytlara açıqlamasında deyib.

“Yeni baş prokuror Kamran Əliyev təyin olunanda cənab prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab prezident bu məsələ ilə bağlı fikirlərini bildirib. Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq. Cənab prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır. Bunun nəticəsi olaraq həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik”,-o deyib.

Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib: “Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da… Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close