Gündəm

“PAŞA Bank” binasındakı yanğınla bağlı məlumat yaydı – (Yenilənib)

“PAŞA Bank” binasındakı yanğınla bağlı məlumat yaydı - (Yenilənib)

“PAŞA Bank” bankın binasında baş vermiş yanğın haqqında məlumat yayıb.

Virtualaz.org-un xəbərinə görə məlumatda bildirilir ki, “PAŞA Bank”ın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırıb.

“PAŞA Bank”ın Təhlükəsizlik Xidmətinin direktoru Fuad Paşayev qeyd edib ki, hazırda yanğına səbəb olan bütün detallar araşdırılır.

“Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Y

anğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı təsir göstərməyib”, – deyə F. Paşayev bildirib.

* * * 10:46

Bakı şəhəri Səbayel rayonunda ümumi sahəsi 2530 kv.m olan “Paşa Bank” ASC-nin ikimərtəbəli inzibati ofis binasının 1-ci mərtəbəsində 3 otağın tavanı 40 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 6 kv.m olan server otağının tavanı və giriş-çıxış kabelləri 10 p.m yanıb.

APA-nın verdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button