Gündəm

Qalmaqallı peyğəmbər filmi bu gün göstəriləcək

Qalmaqallı peyğəmbər filmi bu gün göstəriləcək
İran İslam Respublikasının istehsalı olan “Məhəmməd Allahın Rəsuludur” filminin rejissoru Məcid Məcidi Tehranda keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, tanınmış rejissor Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş filmin birinci hissəsinin “Fəcr” kino festivalında nümayış etdiriləcəyini bildirib.

Filmdə peyğəmbərin surətinin olmadığını vurğulayan M.Məcidi, daha sonra qeyd edib ki, İranın kino tarixində ən bahalı film sayılan bu ekranişinə 30 milyon dollar vəsait sərf edilib. Filmin ərsəyə gəlməsində şiə və sünni din alimlərinin böyük rolu olub. Onlar Peyğəmbərin həyatı və fəaliyyəti haqqında dəyərli məlumatlar veriblər.

Məhəmməd Peyğəmbər haqqında cəmi 40 filmin çəkildiyini bildirən M.Məcidi onların bir çoxunun zəif olduğunu diqqətə çatdırıb. Rejissor müasir dövrdə İslam dininin və onun Peyğəmbərinin daha geniş şəkildə və düzgün təbliğ olunmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu filmin çəkilişləri dövründə İran mətbuatında Məhəmməd Peyğəmbərin surətinin göstəriləcəyi barədə məlumatlar yayılmışdı. İranın və başqa müsəlman ölkələrinin din xadimləri filmdə Peyğəmbərin surətinin göstərilməsinin əleyhinə olmuş və rejissoru tənqid etmişdilər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button