Gündəm

Azərbaycan əhalisinin banklara 7 milyard borcu var – Qorxunc statistika

Azərbaycan əhalisinin banklara 7 milyard borcu var - Qorxunc statistikaNoyabrın 1-dək vaxtı keçmiş kredit ödənişlərinin ümumi həcmi 943,4 mln manat (ilin əvvəlinə nisbətən +19%) və ya bütün kreditlərin 5,3%-i qədər olub.

AMB-nin məlumatına görə, 2014-cü il noyabrın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 17 milyard 841,5 milyon manat təşkil edib (+15,7%). Bu isə vaxtı keçmiş kreditlərin daha sürətlə artdığını göstərir.

Noyabrın 1-nə dövlət payına malik olan bank tərəfindən 6 milyard 65,3 milyon. manat (artım 14,4%) və ya bütün kreditlərin 34%-i, özəl banklar tərəfindən 11 milyard 251 milyoln mnat (artım 16,1%) və ya bütün kreditlərin 63,1%-i həcmində kredit verilib. Qalan 2,9% bank olmayan kredit təşkilatlarının payına düşür.

Noyabrın əvvəlinə verilmiş kreditlərin 13,7 milyardı manatla (artım 18,8%) milli valyuta, 4 milyard 680,8 milyon manatı (artım 7,7%) xarici valyuta ilə verilib.

Manat kütləsinin, demək, istehlak kreditlərinin artımı aşkar görünür.

Bankların kredit qoyuluşlarının strukturunda 7 milyard 383,8 milyard manat (41,4%) istehlak kreditləridir. 2 milyard 461,6 milyon manat (13,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 2 milyard 78,3 milyon manat (11,6%) sənaye və istehsal sektorunun, 2 milyard 540,7 milyon manat (bütün kreditlərin 14,2%-i) ticarət və xidmət sahələrinin, 817,7 milyon manat manat (4,6%) kənd təsərrüfatı və emal sahələrinin, 569,1 milyon manat (3,2%) nəqliyyat və rabitə sahələrinin, 220,6 milyon manat (1,2%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, qalan məbləğ isə digər sektorların payına düşüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button