Gündəm

General Mədət Quliyevlə deputat velosiped sürdü – (Fotolar)

General Mədət Quliyevlə deputat velosiped sürdü - (Fotolar)

Bakıda 2 fevral -Respublika Gənclər Gününə həsr olunmuş veloyürüş keçirilb.

\”Qafqazinfo\”ya daxil olan məlumata görə, 200-ə qədər velosipedçinin qatıldığı bu yürüş “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, “İrəli” İctimai Birliyi, “Bakı 2015-Avropa Oyunları”, Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Bayraq Meydanı İdarəsinin təşkilatçılğı ilə keçirib. Milli Məclisin deputatı Fuad Muradov, Azərbaycanın Milli Qəhrəmanı, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov da veloyürüşə qatılıb. Jurnalistlərə açıqlamasında F. Muradov qeyd edib ki, bu günkü tədbir Gənclər Günü ilə bağlı keçirilir və sağlam həyat tərzini təbliğ edir.

Deputat qeyd edib ki, prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti bu günkü gəncliyə özünü ifadə etmək sahəsində əlavə imkanlar açıb. Ölkənin gənclər sektorunun inkişafının Ümummilli liderimiz Heydər Əliyevin zamanında başlandığını vurğulayan F. Muradov qeyd edib ki, Prezident İlham Əliyevin gənclər siyasəti bu müstəvidə böyük dəyişikliklərin əsasını qoyub. “Ölkədə gənclərlə bağlı aparılan işlər dövlət siyasətinin prioritetlərindəndir. Gəncləri birləşdirəcək ümumi dəyərlərin dəstəklənməsi zəruridir. Bu gün gənclər dövlət siyasətinin tərkib hissəsidir”.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, veloyürüşün məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır. M.Seyidov “Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil olan velosiped idmanı növünün gənclər arasında təbliğinin önəmindən danışıb. Şəhər sakinlərinin böyük marağına səbəb olan veloyürüş Dövlət Bayraq Meydanından başlayaraq Neftçilər prospektindən, şəhərin əsas küçələrindən keçməklə Azadlıq Meydanında yekunlaşıb.
General Mədət Quliyevlə deputat velosiped sürdü - (Fotolar)
General Mədət Quliyevlə deputat velosiped sürdü - (Fotolar)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button