Gündəm

Fətullah Gülən ölüb?

Fətullah Gülən ölüb?
“Xidmət” hərəkatının lideri Fətullah Gülənin öldüyü iddia olunub.

ANS PRESS-in məlumatına görə, hadisə Türkiyə baş nazirinin müavini Bülent Arınç mətbuata açıqlama verərkən baş verib.

Nazirlər kabinetinin iclasından sonra jurnalistlərin suallarına cavab verərkən Bülent Arınçla qadın jurnalist arasında Fətullah Gülənin ölümü barədə maraqlı dialoq yaranıb:

– Camaat lideri kimi tanınan Fətullah Gülənin 2013-cü ilin sentyabr ayında öldüyü, camaat dağılmasın deyə bu xəbərin gizlədildiyi iddia olunur. Siz bu barədə nə deyəcəksiniz?
– Bunu ciddi qəbul etmirəm.
– Xəbər qəzetlərdə çıxdı.
– Hansı qəzetdə?
– “Egeyin səsi”.
– “Egeyin səsi”? Yerli qəzetdirmi bu? İndi tamamilə ciddiyyətsiz olduğuna inandım. 300 tirajla çıxan bir qəzet.
– Bu qəzet illərdir çıxır.
– Aman Allahım, ağlımı qoru. Uşaqlar mənə dərmanımı verin, bu qız məni dəli edəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button