Gündəm

Bakıda qəbiristanlıq mübahisəyə səbəb oldu (VİDEO)

Bakıda qəbiristanlıq mübahisəyə səbəb oldu (VİDEO)
Balaxanıda vətəndaş qəbiristanlıqdan şikayətçi düşüb.

ANS TV-nin məlumatına görə, şikayətçi İlhamə Haşımovanın Balaxanıda yerləşən rus məzarlığının, qəbirstanlıq rəhbərliyi tərəfindən hasara alınmasıdır. Onun sözlərinə görə, qəbirstanlığa cavabdeh olan şəxs buranın sahibsizliyindən istifadə edərək, orada istədiyini edir. Müsahibim deyir ki, bir neçə gün öncə traktorla qəbirləri dağıdaraq yerlə yeksan ediblər. Sonra da qəbirstanlıq ərazisini hasarlayaraq iki hissəyə ayırıblar.

“Qəbirstanlığın müdürü haradadır? Bu qəbirstanlığın ərazisidir. Hasar təzə çəkilib. Köhnə hasar bax odur. Bugünkü gündə bu ərazi götürülüb. Niyə görə götürülüb bilmirəm”, – deyə şikayətçi İlhamə Haşımova bildirdi.

İlhamə xanımın dediklərinə ərazidə yaşayan sakinlərdən biri Elçin Rızayev etirazını bildirdi. Onun sözlərinə görə, ərazinin hasarlanması və torpaqla örtülməsi ora axıdılan çirkab suları ilə bağlıdır.

“Dəfələrlə şikayət olunub ki, bu kanalizasiya buradan götürülsün. Ona görə də biz borunu vurub dağıtmışıq ki, buraları su götürməsin. Neçə ilan öldürmüşük burda. Yayda cəhənnəm olur” – deyə qəsəbə sakini Elçin Rzayev dedi.

Məzarlığa baxış keçirərkən demək olar ki, salamat qəbirlərə az rast gəlinirdi. Onların bir hissəsinin sındırıldığının, bir hissəsinin isə tamamilə dağıdıldığının şahidi olduq. Çox keçmədən əraziyə icra hakimiyyətinin qəsəbə nümayəndəsi və qəbirstanlığın rəhbəri gəldi.

Qəsəbə nümayəndəsi Fərhad Qurbanov bildirdi ki, deyilən ərazi onlara tabe deyil. Ona görə də məsələyə heç bir müdaxilə edə bilməzlər. Biz də üzümüzü tutduq qəbirstanlığa cavabdeh olan Əsgər Sadıqova. O, isə bizə açıqlama verməkdən imtina etdi.

Sonra qəbirstanlığa cavabdeh olan şəxs bizə şifahi olaraq bildirdi ki, ərazinin hasarlanması işi qəbirstanlığın çirkab sularından və zibil tullantılarından qorumaq üçün nəzərdə tutulub. Eyni zamanda ərazidə daş sexi də tikiləcək. Bunun üçün lazımı qurumlara da məlumat verilib.

Ərazinin zəbt edilməsi və ya kiməsə satılması ilə bağlı deyilən sözlər isə yersizdir. Nə deyirik ki, kaş Əsgər Sadıqov daş sexinə bu cür can yandırdığı kimi, qəbirstanlığın təmizliyinə və buradakı məzarların da qayğısına qalardı.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button