Gündəm

İlham Əliyevdən Vergilər Nazirliyi ilə bağlı vacib qərar

İlham Əliyevdən Vergilər Nazirliyi ilə bağlı vacib qərar

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri
Azərbaycan Respublikasının vergilər naziri.
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button