Gündəm

Ukraynada Azərbaycan diasporunun keçmiş rəhbəri güllələndi

Ukraynada Azərbaycan diasporunun keçmiş rəhbəri güllələndiUkraynanın Luqansk şəhərinin Şevçenko kvartalında Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin keçmiş sədr müavinin meyiti tapılıb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, əslən Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında rayon mərkəzindəki marketlərdən birinin qarşısında, öz avtomobilində tapılıb.

O, avtomatdan açılmış atəş nəticəsində ölüb. Meyitin üzərində çoxsaylı güllə yaraları aşkar edilib. Hazırda separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətində olan şəhərdə onun kiminləsə intriqasının, probleminin olmadığı bildirilir.

Hazırda Y. Nəsibovon meyitinin Azərbaycana gətirilib doğulduğu rayonda dəfn olunması üçün tədbirlər görülür.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button