Gündəm

Tərtərdə üsyan: Polis rəisi rayonu \”barıt çəlləyinə\” döndərdi

Tərtərdə üsyan: Polis rəisi rayonu "barıt çəlləyinə" döndərdiMərhumun bacısı: \”Döymüşdülər, qara ciyərini partlatmışdılar\”

Tərtər Rayon Polis İdarəsində ölüm hadisəsi baş verib. Narkotik ittihamı ilə həbs edilən 32 yaşlı Ağdam rayon sakini Səbuhi Dünyamalıyev, bu gün axşam saatlarında polis idarəsinin müvəqqəti saxlama təcridxanasında özünü asaraq intihar edib. Hadisədən dərhal sonra S.Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər Rayon Polis Şöbəsinə gəliblər, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib. Daha sonra polis S.Dünyamalıyevin qohumlarına vəziyyəti izah edib və insident həllini tapıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə isə Dünyamalıyev təcridxanada məruz qaldığı işgəncələrdən ölüb. Bu da onun qohumlarını və yaxınlarını qəzəbləndirib. Onlar polis şöbəsinə hücum ediblər. Polis şöbəsinin ətrafında təxminən 500 nəfərlik kütlə var.

“Xəbər gəldi ki, özünü asıb. Bunun nadzoru hara baxırdı. KPZ-nin rəisi hara baxırdı. Rayonun rəisi hara baxırdı”, – deyə mərhumun qohumu Əlövsət Dünyamalıyev şikayətlənir.

Mərhumun bacısı Süsən Dünyamalıyeva: \”Döymüşdülər, qara ciyərini partlatmışdılar. Dərman aldıq verdik. Bura təcili yardım çağırıldı. Gəncəyə apardılar. Gəncədən qaytardıqları bir saat deyil öldü. Görüblər vəziyyəti ağırdı, yalandan özünü asıb dedilər”.

Tərtər Rayon Prokurorluğundan ANS TV-ə verilən məlumata görə, Səbuhi Dünyamalıyev narkotik vasitələrin qanunsuz satışına görə saxlanılıb. Bu gün istintaqın gedişiylə bağlı Gəncə şəhərindən Tərtər rayon polis şöbəsinə etap olunub. Axşam saatlarında isə PŞ-nin müvəqqəti saxlama kameralarından birində özünü mələfə ilə asaraq intihar edib. Hazırda meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinədədir.

Faktla bağlı araşdırmalara başlanılıb. Mərhum Bərdənin Zümürxan kəndi məskunlaşıbmış. İki azyaşlı övladı var.

Asayişi təmin etmək üçün Tərtərə qonşu Goranboy və Bərdə rayonlarından əlavə polis qüvvələri cəlb olunub. Yerli polis etirazçı kütlə ilə bacarmadığı üçün rayona xüsusi təyinatlılar yeridilir.

\”Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir\” – bunu APA-ya açıqlamasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov deyib.

Məlumat üçün bildirək ki, Tərtər rayonunun yeni polis rəisi Rauf Məcidov Sabirabadda polis rəisinin müavini işləyərkən yerli sakinlərə divan tutması və işgəncə verməsi ilə tanınıb. 2012- ci ildə Sabirabadda həbs olunan \”Kür\” Vətəndaş Cəmiyyətinin fəalları, keçmiş siyasi məhbuslar Oqtay Gülalıyev və İlham Əmiraslanova qarşı həyata keçirilən fiziki zorakalıq və işgəncə hərəkətlərinə də Rauf Məcidov bir başa rəhbərlik edib.
Əlavə məlumat veriləcək.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button