Gündəm

Bakı metrosunda gərginlik

Bakı metrosunda gərginlik
Bu gün səhər saatlarında Bakı metrosunda gərginlik yaşanıb.

Bu barədə hadisə şahidləri ANS PRESS-in \”qaynar xətti\”nə bildiriblər. Verilən məlumata görə, \”Azadlıq prospekti\” stansiyasında \”Dərnəgül\”dən \”Həzi Aslanov\” istiqamətinə hərəkət edən qatarın qapıları bağlanmayıb. Bu səbəbdən də, növbətçi bütün sərnişinləri düşürüb. Sərnişinlər arasında narazılıq yaranıb. Stansiyada sərnişin sıxlığı yaranıb.

Məsələyə aydınlıq gətirmək üçün \”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Metro rəsmisi ANS PRESS-ə açıqlamasında bildirib ki, həqiqətən də saat 08:14-də metronun \”Dərnəgül\”-\”Həzi Aslanov\” xətti ilə hərəkət edən 25 saylı marşrutun qapılarında nasazlıq yaranıb.

\”Sərnişinlər \”Azadlıq prospekti\” stansiyasında düşürdülüb. Həmin qatar sərnişinsiz \”Gənclik\” stansiyasına gedib. Orada təlimatçı nasazlığı aradan qaldırıb və qatar normal hərəkətini bərpa edib. Qrafikdə gecikmə olmayıb\”, – deyə Nəsimi Paşaye bildirib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button