Gündəm
Bakıda eksklüziv avtomobillərlə at oynadan ərəb qiyafəli şəxslər
Bakı şəhərində sükanı arxasında əmmaməli sürücülər olan eksklüziv üç avtomobil peyda olub. Avtomobillər paytaxtda rast gəlinməyən 6-təkərli Gelandewagen, Range Rover Cabrio markalı avtomobillərdir. Onları ərəb qiyafəsində olan adamlar sürürlər.
Oxucuların Milli.Az-a verdikləri məlumata görə, həmin avtomobillər Bakıya bir neçə gün əvvəl Dubay aviareysi ilə gətirilib. Ərəb qiyafəsində olan şəxslər maşınları ilə hava limanından birbaşa şəhərə doğru irəliləyiblər.
Əldə etdiyimiz digər məlumata görə, həmin avtomobillərdən biri dünən axşam Əziz Əliyev küçəsində tıxaca düşüb. Sürücü isə avtomobili piyada səkisinə çıxararaq yoluna davam edib. Onu yol polisi saxlamağa cəhd etsə də, heç bir nəticə olmayıb.