Gündəm

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq: \”Ehtiyyatlı olun…\”

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq: "Ehtiyyatlı olun..."“ESET” antivirus şirkətinin məlumatına əsasən, fırıldaqçılar “WhatsApp” messencerinin istifadəçilərinə onlardan xəbərsiz ödənişli SMS xidmətlər qoşurlar.

Antivirus şirkətinin nümayəndəsi bildirib ki, fırıldaqçılar “WhatsApp” messencerinin istifadəçilərinə oxunmuş mesaj indikatorunu deaktiv etməyi təklif edərək gizlicə ödənişli SMS xidmətlərini qoşurlar.

\”WhatsApp messencerində oxunmuş mesaj indikatoru noyabrda əlçatan olub, amma bütün istifadəçilər bu yeniliyi bəyənməyib” – ekspertlər bildirib.

Fırıldaqçılar istifadəçilərin narazılığından istifadə edərək “Facebook”, “Twitter” və başqa sosial şəbəkələrdə oxunmuş mesaj indikatorunu deaktiv etmək təklifindən ibarət postları paylaşmağa başlayıblar\”.

“ESET” ekspertləri tərəfindən aşkar edilmiş istinadlardan biri istifadəçiləri mobil telefonun nömrəsinin daxil edilməsi üçün formadan ibarət veb səhifəyə yönləndirir. Öz mobil nömrəsini daxil edən istifadəçi “WhatsApp” messencerində oxunmuş mesaj indikatorunu deaktiv etmiş olmur, əvəzində bahalı SMS xidmətlərə abunə olacaq.

Ekspertlər sosial şəbəkələrdə belə istinadlara keçid etməməyi tövsiyə edirlər.

“WhatsApp” – dünyada ən tələb edilmiş mobil messencerdir, 2014-cü ilin sentyabrına onun auditoriyası 600 milyon insan təşkil etdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button