Gündəm

Xanım jurnalistin köməyə ehtiyacı var

Xanım jurnalistin köməyə ehtiyacı var
İki ildir leykozdan müalicə olunan Azərbaycanın tanınmış jurnalisti Gülər Məmmədova bu xəstəliyə yenidən yaxalanıb. Bu barədə məlumatı onun həyat yoldaşı jurnalist Murad Hüseynov sosial şəbəkədəki səhifəsində paylaşıb. Mrad Hüseynov sosial şəbəkə vasitəsilə həyat yoldsaşı üçün dua və +4 qrup qan istəyir:

\”Bir neçə gün baş verənlərlə bağlı heç nə yazmadım. Açığı nə yazacağımı da düz-əməlli bilmirdim:( Gülər İstanbulda da, Bakıda da müalicədən imtina edirdi. Səbəbini 5 kurs kimyaterapiyadan keçənlər, ya da bu kimyanın insana necə təsir etdiyini görən insanlar bilir… Sonda o müalicəyə başlamağa razılaşdı. Bu gün artıq onu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdik. Bu kimyaterapiyanın riski əvvəlkinə nisbətən daha böyük olacaq. Kimyadan sonra sümük iliyinin nəqli əməliyyatı tələb olunacaq. Əvvəl də dediyim ki, bütün dostlarımdan, tanışlarımdan, özünü mənə və Gülərə yaxın bilən insanlardan dua istəyirəm. İnanın duaya ehtiyac böyükdür. Və bir də bu gün məlum oldu ki, bizə çoxlu +4 qan lazım olacaq. Bu qan qrupu kifayət qədər nadirdir və qan vermək istəyənlərdən mənə xəbər verməyini xahiş edirəm.

P.S. Deyirlər ki, Allah insana öhdəsindən gələ bilməyəcəyi sınaq göndərmir. İnşaAllah….\”

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button