Gündəm

Rəsul Cəfərov ifadə verməkdən imtina etdi

Rəsul Cəfərov ifadə verməkdən imtina etdiFevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi davam edib. O, məhkəmədə ifadə verməkdən imtina edib. Hüquq müdafiəçisi deyib ki, indiki mərhələdə ittihamlar onun üçün aydın deyil. O, özünü təqsirli bilmədiyini, qrant layihələrini təyinatı üzrə xərclədiyini bildirib.

Rəsul Cəfərov dövlət ittihamçısının suallarını cavablandırmaqdan da imtina edib. Məhkəmə prosesində onun istintaqa verdiyi ifadə elan olunub. Bundan sonra zərərçəkənlər dindirilib.
Onlardan biri Anar Cəbiyev (Anar Nağılbaz kimi tanınır) bəyan edib ki, zərərçəkən deyil. Məhkəmə fasiləyə gedib. Az sonra davam edəcək. Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button