Gündəm

\”Forbes\”-dən şok iddia: Putin Bakını tutacaq

"Forbes"-dən şok iddia: Putin Bakını tutacaq

Nüfuzlu \”Forbes\” nəşri içərisində Azərbaycanın da adı hallanan məqalə dərc edib.

ANS PRESS-in məlumatına görə, “Obama və Merkel Putini anlaya bilmir” adlı məqalənin müəllifi Melik Keylendir.

Keylen Qərbin Ukraynaya silah göndərib-göndərməməsi məsələsində dəqiq bir fikrə gəlmədiyini bildirir. Lakin müəllif dəqiq qərarın verilə bilməməsini normal hesab edir. Belə ki, Keylen qeyd edir ki, hətta Ukrayna ordusuna silah verilsə belə, onlar bundan istifadə edə bilməyəcəklər. Hətta ordu separatçıları vurub sıxışdırsa belə Rusiyanın uzaqdan artileriya köməyi separatçılara vaxtında çatacaq.

Lakin Keylenin fikrincə, Ukraynaya kömək etməmək də faciəvi sonluğa gətirib çıxara bilər. Əhalisi heç də etnik rus olmayan Abxaziya və Cənubi Osetiyadan başqa, Krım, Donetsk indi isə Debaltsevonu misal gətirən müəllif Putin aqressiyasının qarşısının alınmasını vacib amil hesab edir.

“Əgər Putinin qarşısı alınmasa, bundan sonra Baltikyani, sonra Şərqi Avropa, daha sonra isə Bakı neft yataqları gələcək”- deyə Keylen yazır.

“Putin 90-cı illərdə itirdikləri uğrunda mübarizə aparmır, o 70-ci illəri qaytarmaq istəyir. Bu maksimalist qlobal bir siyasətdir. Artıq sıxışdırılmış rusların xilası barədə laqqırtılar bizə yetər. O sadəcə Moskva imperiyasını qaytarır”,- deyə Keylen sərt mövqe göstərib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button