Gündəm

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

İŞİD terror qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var.
Məlumata görə, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub.
Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb.
Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşları olduğu bildirilib. Onların 2-3 günə Türkiyədən çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrini Baş Qərargahından verilən açıqlamada İŞİD-ə qoşulmaq istəyən 14 nəfərin yaxalandığı barədə məlumat verilmişdi (ANS PRESS).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button