Gündəm

Azərbaycanda həbsdə olan sabiq naziri atasının dəfninə buraxmadılar

Azərbaycanda həbsdə olan sabiq naziri atasının dəfninə buraxmadılarHəbsdə olan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin atası 84 yaşlı Əmir Quliyev vəfat edib. Ə.Quliyev ağır xəstə idi və həyatının son günlərini stasionar müalicədə keçirib.

Lakin N.Quliyevin vəkilinin müraciətinə baxmayaraq, Penitensiar Xidmətin rəhbərliyi məhkumun ölüm ayağında olan atası ilə vidalaşmasına imkan verməyib, qanunda nəzərdə tutulsa da buna icazə verilməyib. Müdafiə tərəfi ümud edir ki, heç olmasa N.Quliyevin atasının dəfn mərasimində iştirakına icazə veriləcək.

N.Quliyev 2013-cü ilin avqustunda üç il müddətinə həbs olunub. O, qanunsuz odlu silah gəzdirməkdə ittiham olunur. N.Quliyev ona qarşı irəli sürülən ittihamları rədd edir. Müşahidəçilərin fikrincə, onun həbsinin əsl səbəbi 2013-cü il prezident seçkiləri ərəfəsində müxalifətin namizədi Rüstəm İbrahimbəyovun məsləhətçisi olmasıdır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button