Gündəm

Papa Türkiyədən Ermənistana dua \”yolladı\”

Papa Türkiyədən Ermənistana dua "yolladı"Türkiyə səfəri başa çatan katoliklərin ruhani lideri papa Franksis təyyarədə jurnalistlərlə Ermənistan barədə danışıb. ANS PRESS-in məlumatına görə, ruhani lider jurnalistlərin bu istiqamətdə suallarına cavab verib.

Jurnalistlərdən birinin, “Türkiyə səfəriniz müddətində Ermənistan barədə heç nə demədiniz. Gələn il “soyqırımının” 100-cü ildönümüdür. Bu barədə nə fikirləşirsiniz?” – sualına papa iki ölkə arasındakı sərhəddin açılması üçün dua etdiyini deyib.

“Bu gün xəstəxanada yatan erməni patriarxını ziyarət etdim. Türkiyə hökuməti keçən il bir jest etdi. O dövrün baş naziri Ərdoğan məktubla başsağlığı verdi. Bəziləri bunun az olduğunu düşünür. Mənim bu barədə fikrim isə, kiçik və ya böyük fərqi yoxdur – bir əl uzadılmalıdır. Bu həmişə müsbət addımdır. Mən əlimi az və ya çox uzadaram və qarşı tərəfin nə deyəcəyini gözləyərəm. Mənim əsas ürəyimdə olan sərhədlrin açılmasıdır. Kaş ki, sərhəd qapısı açılsa. Elə yaxşı olar ki. Mən o bölgədə sərhəd qapısının açılmasını heç də asan etməyən geosiyasi problemlər olduğunu bilirəm. Amma bu xalqlar arasında uzlaşma olması üçün dua edək”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button