Gündəm

Hüseyn Abdullayevin anası ölkədən buraxılmır

Hüseyn Abdullayevin anası ölkədən buraxılmırEks-deputat məsuliyyəti hakimiyyətin üzərinə qoyur

“Yəqin, sizlər razı olarsınız ki, öz mənliyinə və şərəfinə önəm verən her bir insan heç zaman yaşlı qadından intiqam almaz, yaxud yaşlı bir ananı girov kimi saxlayaraq öz opponentinə
acıq verməz. Şəxsən mən belə bir alçaqlığa əl atsaydım, anam öz südünü halal etməz, buna kəskin etirazını bildirərdi. Çünki anamı tanıyanlar bilirlər ki, o, necə sülhsever və istənilən zorakılığa qarşı çıxan insandır”.

Bu sözləri keçmiş deputat, indi Almaniyada siyasi mühacirətdə olan Hüseyn Abdullayev Facebook səhifəsində yazıb. Azərbaycan hakimiyyətini sərt tənqid edən H.Abdullayev yazır ki, ailə üzvlərinin təhlükəsizliyi üçün dövlət rəsmiləri məsuliyyət daşıyır:“Mənim də anam hər bir ana kimi öz oğluna candan yaxın və heç şübhəsiz, övladı üçün fikirləşmədən həyatını qurban verməyə razı olan birisidir. Artıq bir neçə gündür bu avtoritar rejimi təmsil edənlər heç bir səbəb göstərmədən anamın Almanıyaya gəlib məni görməsinə mane olur, absurd bəhanələrlə onun hava limanından keçməsinə imkan vermirlər. Bunun adı acizlikdir, bunun adı qorxaqlıqdır, insanlıq duyğularını tamamilə itirməkdir. Eziz dostlar, heç problem yoxdur, qoymurlar, qoymasınlar. Onsuz da yaşlı olan anam neçə vaxtdır yorulub bu uzaq yolları gedib-gəlməkdən. Hesab edirəm ki, hələlik o, gəlməsin, öz vətənimizdə qalsın. Mən buradan ölkə rəhbərliyinə bəyan edirəm ki, əgər mənim anamın, ya da başqa bir ailə üzvümün başından bir tük belə əskik olsa, bunun bütün məsuliyyətini onların ailə üzvleri daşıyacaq. Eyni zamanda onları əmin edirəm ki, Hüseyn Abdullayev nə qədər ki, öz xalqına ürəkdən bağlıdır, o
qədər də haqsızlığa və despotizmə qarşı mübarizəsini aparacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button