Gündəm

İdeologiya.az saytının 1 yaşı tamam oldu

İdeologiya.az saytının 1 yaşı tamam olduBu gün Azərbaycanın elektron media aləmində özünə məxsus yeri və dəsti-xətti olan, qısa müddət ərzində böyük oxucu auditoriyası və rəğbəti qazanmış İdeologiya.az xəbər portalının təsisindən 1 il ötür. Bir il media quruluşu üçün böyük tarix olmasa da bu qısa zaman kəsiyində İdeologiya.az ciddi rəqabət mühitinin hökm sürdüyü Azərbaycan media aləmində öz layiqli yerini tuta bildi.

Geniş tərkibli yaradıcı heyətə, ölkənin müxtəlif bölgələrində bürolara malik olan İdeologiya.az azsaylı xəbər istehsalçılarındandır ki, ucuz populyarlıq və şou arxasınca qaçmadı, öz ciddiliyini və xəbərə tələbkarlığını iş prinsipinə çevirdi. Dövlətə və dövlətçiliyə xidməti başlıca amalı elan edən sayt heç vaxt ucuz populyarlıq arxasınca qaçmadı, əksinə oxucularını ciddi xəbərin və peşəkar yanaşmanın iziylə aparmağa çalışdı.

Xatırladaq ki, 24 saat ərzində daimi olaraq yenilənən İdeologiya.az saytına tanınmış qələm sahibi Teylor Fətişoğlu rəhbərlik edir. T.Fətişoğlu uzun illər “Azərbaycan” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri olub. O, eyni zamanda onlarla publisistik əsərin və bir neçə kitabın müəllifidir.

SAVASH.ORG

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button