Gündəm

Emin Ağalarov: \”5 uşaq istəyirdim\”

Emin Ağalarov: "5 uşaq istəyirdim"
\”Əli və Mikayıl çox fərqlidirlər. Həm xarakterlərinə, həm də maraq dairələrinə görə. Mikayıl uşaq yaşlarından rəqəmləri toplayır və çox küsəyəndir. O daha çox mənə və atama bənzəyir\”.

ANS PRESS-in məlumatına görə, bunu \”Woman.ru\”ya müsahibəsində gənc iş adamı, bəstəkar müğənni Emin Ağalarov deyib.

ANS PRESS müsahibədən bəzi hissələri təqdim edir:

\”Əli şeirləri daha tez yadda saxlayır. Əli diqqət mərkəzində olmaq istəyir. O Maykl Cekson kimi rəqs etməyi sevir. Baxmayaraq ki, bunu ona heç kim öyrətməyib. Böyüdükcə onlar arasında fərq daha çox hiss edilir. Onlar paralel siniflərdə təhsil alırlar. Bunun isə özünəməxsus səbəbi var. Biz onların gün ərzində bir-biri ilə olması dava və qalmaqala gətirib çıxardığı üçün belə qərara gəldik. Fərqli siniflərdə oxumaq onların darıxmasına da yol açır. Onlar məktəbdən qayıdanda gün ərzindəki təəsüratları ilə bölüşürlər.

– Siz onlar üçün hər hansı gələcək düşünmüsünüzmü?
-Bu mümkün deyil. Çünki mənim arzularım onların seçimləri ilə üst-üstə düşməyə bilər. İstərdim ki, onlardan hansısa ailə biznesini davam etdirsin. Görək necə olacaq.

– Yenə uşaq istəyərdiniz?
– Bir müddət əvvəll mənim nənəm vəfat etdi. Onun 100 yaşına bir həftə qalmışdı. Hələ lap uşaqlıqdan mən minumum 5 uşaq istədiyimi deyirdim. Hələlik mənim iki oğlum var. Ümid edirəm yenə olacaq.
Bu anlamda kişilər üçün daha asandır. Mən yenə də gözləyə bilərəm. Çünki mənim hələ 35 yaşım var. Ümid edirəm ki, mənim daha üç övladımı böyütmək və tərbiyə etmək imkanım olacaq.
Uşaqlarım mənim üçün prioritetdir.

– Belə təəssürat yaranır ki, sizin paralel həyatınız var – ailə ilə və iş ilə…
– Ailəmlə xüsusi bir həyat yoxdur. Biz ayrı şəhərlərdə yaşayırıq. Mən daima uçuram. əgər çox uzaqda deyiləmsə heç olmasa həftədə bir dəfə oğlanlarımla oluram. Onları Bakıda daha tez-tez görürəm, nəinki anaları ilə birlikdə yaşadıqları Londonda.
Fevralın sonunda onları 10 günlük Moskvaya gətirəcəm ki, tətili birlikdə keçirək. Bunun 2 və ya 3 paralel həyat olduğunu demək çətindir.

– Uşaqlarınızın yanında artist və ya biznesmen olmursuz?
– Uşaqlarım üçün mən ən adi atayam. Onların yanında olanda biznesə nəzarət etmək üçün yanımda noutbuk, bir necə telefon daşımıram. Amma bununla belə mesajları oxumağı, emailə baxmağı da unutmuram. Əgər mən uşaqların yanına gəlmişəmsə biz ayrılmazıq. Düzdür bəzənonlarla dəli olmaqda olar (gülür).
Emin Ağalarov: "5 uşaq istəyirdim"
Emin Ağalarov: "5 uşaq istəyirdim"
Emin Ağalarov: "5 uşaq istəyirdim"

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button