Gündəm
Xocavənddə düşmənin zenit-raket kompleksi məhv edildi

Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” ZRK-sı vurulub.
Savash.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə,noyabrın 9-da saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.